Azərbaycanın ikiqat paralimpiya çempionunun müəllifi olduğu kitablar işıq üzü görüb
10 iyul 2025 - 12:59 965
Azərbaycan İdman Akademiyasının doktorantı, paracüdo üzrə ikiqat paralimpiya çempionu və üçqat bürünc mükafatçısı İlham Zəkiyevin müəllifi olduğu “Təlim-məşq toplanışlarının təşkili” adlı metodik vəsait və “Məşqçinin əxlaq kodeksi” adlı metodik göstəriş işıq üzü görüb.
Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Vəsaitdə təlim-məşq toplanışlarının planlaşdırılması, toplanışın keçirilməsi üçün yerin seçilməsi, toplanış keçirmək barədə müvafiq təşkilatlarla razılığın rəsmiləşdirilməsi, toplanışın tədris planı, toplanış yekunlarının təhlil edilməsi və əlavələr geniş şərh edilib.
Vəsait idman sahəsində çalışan əməkdaşlar, məşqçilər, idmançılar, toplanış iştirakçılarını qəbul edən təşkilatların əməkdaşları və oxucu kütləsi üçün nəzərdə tutulub.
Metodik vəsait və göstəriş Azərbaycan İdman Akademiyasının Tədris Metodiki Şurasının 29 may 2025-ci il tarixli iclasında müzakirə edilərək bəyənilib və nəşrə məqsədəuyğun sayılıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı