Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar
31 avqust 2025 - 17:25 379
Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qadın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.
Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədzadə isə bürünc medal (dayaqlı tullanma) qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı