Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb
27 aprel 2024 970
Azərbaycan gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
O, halqalarla hərəkətlərdə fəxri kürsüyə qalxıb.
Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 28-də başa çatacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı