Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar
31 oktyabr 2024 771
Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb.
Yığma bunu Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında reallaşdırıb.
Millinin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram) və Aynur Mikayılova (57 kiloqram) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığma yarışın 5 mükafatını təmin edib.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Azərbaycan millisi indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımız 4 bürünc medal qazanıb.
Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı