Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazanıblar
03 iyun 2026 - 13:27 306
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazanıblar.
Bu barədə Su İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilib ki, Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqataya 4 nəfərlik heyətlə yollanan komandamızın bütün üzvləri fəxri kürsüyə qalxıblar.
İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə 3-cü yer tutublar. İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Onlar, həmçinin 200 metr məsafəyə yarışlarda gümüş medala layiq görülüblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı