Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb
15 fevral 2025 776
Azərbaycan taekvondoçuları Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) daha 5 medal qazanıblar.
Oğlanlar arasında Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, dünən gənc qızlar arasında Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı