Azərbaycanın daha bir güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çox yaxındır
07 aprel 2024 960
Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.
O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala adlayıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
