Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb
14 mart 2025 638
Azərbaycan millisinin boksçusu Əli Abdullayev (65 kq) Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
İdmançı 1/4 finalda Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28).
O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı