Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb
13 fevral 2025 644
Azərbaycanın daha 3 taekvondoçusu Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində medal qazanıb.
Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri Xanoğlan Kərimov (68 kiloqram), Cavad Ağayev (80 kiloqram) və Həmidreza Bədrialiabadi (+87 kiloqram) böyüklər arasında 3-cü yeri tutublar.
Medala gedən yolda X.Kərimov 4, H.Bədrialiabadi və C.Ağayev isə 3 rəqibi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıblar.
Qeyd edək ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kiloqram) bürünc medal əldə edib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı