Azərbaycanın daha 2 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
27 fevral 2025 461
Azərbaycanın daha 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” turnirinə qələbə ilə başlayıb.
Boks Federasiyasından verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda özbəkistanlı Cavohir Ummataliyevlə üz-üzə gələcək.
71 kiloqramda mübarizə aparan Sərxan Əliyev isə 1/8 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə qazaxıstanlı Farux Toxtassunovu sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı