Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub
01 noyabr 2025 - 22:25 493
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı başa çatıb.
İkinci yarış günündə Azərbaycan millisi bir dəst medal qazanıb. +100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. Ömər Rəcəbli (81 kiloqram) gümüş, Aslan Kotsoyev (90 kiloqram) isə bürünc mükafata yiyələnib.
İlk yarış günündə isə İslam Rəhimov (66 kiloqram) qızıl medalı boynundan asmışdı.
Qeyd edək ki, cüdo tariximizdə ilk dəfə 66 kiloqram və +100 kiloqram çəki dərəcələrində idmançılarımız U-23 Avropa çempionatlarının qızıl medalını əldə ediblər.
Yekunda Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı