Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasında iki medal qazanıblar
23 sentyabr 2024 618
Azərbaycan idmançıları Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində uğurla çıxış ediblər.
Ramiz Həsənov (80 kiloqram) amerikalı Tayler Loethen (3:0), yunanıstanlı Aleksandros Spiliotis (5:0) və ukraynalı Maksim Bresə (2:1) qalib gələrək B qrupunun lideri kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında moldovalı Vasile Diakona (1:3) məğlub olan idmançı Bresə yenidən qalib gələrək (3:0) bürünc medal qazanıb.
İbrahim Yusubov (90 kiloqram) A qrupunda maksimum nəticə göstərib. Çimərlik güləşi üzrə ikiqat dünya çempionu almaniyalı Kevin Qremm (3:0), ukraynalı Demid Karaçenko (3:0) və yaponiyalı Asahi İmamuradan (3:0) güclü olub. Yarımfinalda moldovalı Trayan Kapatinanı (3:1) üstələyən İbrahim finalda türkiyəli Mahmut Özkayaya qalib gəlib – 3:0. Bununla da Yusubov cari mövsümdə Dünya Seriyasında ilk dəfə qızıl medal qazanıb.
Beləliklə, çimərlik güləşçilərimiz Katerinidən 1 qızıl və 1 bürünc medal əldə ediblər. Dünya Seriyasının sonuncu - final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı