Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadada 2-ci qızıl medalı qazanıb
19 iyul 2025 - 17:13 313
Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında ikinci qızıl medalını qazanıb.
Bədii gimnastika üzrə qrup komandası növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət kollektiv beş lentlə hərəkətlərdə 22.850 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Ukrayna gümüş, Cənubi Koreya isə bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 2-ci medalıdır. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ötən gün çoxnövçülükdə birinci yeri tutmuşdu.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı