Xəbərlər

Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda qızıl medal qazanıb

31 mart 2024 101

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə qızıl medal qazanıb.

 

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqləniblər.