Xəbərlər

Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb

21 aprel 2024 65

Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

 

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv 5 halqa ilə uğurlu çıxış edib.

 

Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib. Yaponiya birinci, İtaliya ikinci olub.

 

Qeyd edək ki, qrup hərəkətləri komandamızı üç lent və iki topla daha bir final gözləyir.

 

Xatırladaq ki,  yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən çoxnövçülükdə (5 halqa, 3 lent, 2 top) bürünc medala yiyələnmişdi.