Azərbaycanın ağırlıqqaldıranı Gürcüstanda bürünc medal qazanıb
14 iyul 2025 - 14:22 514
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup-2025" beynəlxalq turnirində iştirak ediblər.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, İsa Rüstəmov toplamda 321 kiloqram (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb.
Digər atletimiz Dadaş Dadaşbəyli isə ümumilikdə 392 kiloqram (184+208) nəticə ilə 6-cı olub.
Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.
Beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı