Azərbaycanın 6 gimnastı Avropa çempionatında iştirak edəcək
21 aprel 2024 778
Aprelin 24-28-də İtaliyanın Rimini şəhərində keçiriləcək kişi və qadın gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Yığmanın heyətində Rəsul Əhmədzadə, İvan Tixonov, Aydın Əlizadə (hamısı sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik və dayaqlı tullanma) və Nikita Simonov (halqalar) yer alacaqlar.
Milli komanda məşqçilər Cəlal Əzizlinin və Ruslan İrqaşevin rəhbərliyi altında çıxış edəcək. Zəkəriyyə Muradlı və Əhməd Ağayev yarışda ölkəmizi hakim kimi təmsil edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı