Azərbaycanın 2 qadın boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə qızıl, 3-ü gümüş medal qazanıb
27 mart 2024 72
Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan millisinin 2 idmançısı həlledici görüşü qələbə ilə başa vurub.
50 kq-da Marjona Savriyeva komanda yoldaşı Günel Rəhimova üz-üzə gəlib. Görüşdə birinci tam üstünlüklə qələbə qazanıb.
Zeynəb Rəhimova da turnirin qalibi adına yiyələnib. O, finalda Şahina Nematovanı (Özbəkistan) 4:1 hesabı ilə məğlub edib.
Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) həlledici görüşdə Erika Priskiandaroya (İtaliya), Lalə Namazlı (63 kq) isə Canfora Assuntaya (İtaliya) məğlub olduğundan ikinci yeri tutublar.
Beləliklə, qadınlardan ibarət Azərbaycan millisi “Böyük İpək Yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.
Yığmanın heyətində Marjona Savriyeva və Zeynəb Rəhimova birinci yeri tutublar. Günel Rəhimova, Mehparə Məmmədova və Lalə Namazlı gümüş medala yiyələniblər. Bir gün öncə isə Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) 3-cü yerlə kifayətləniblər.
Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.
Bənzər xəbərlər
Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb
Azərbaycan gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Prezident Kuboku: Taekvondoçularımız ilk gündə 6 medal qazandılar
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən Prezident ... Ətraflı