Azərbaycanın 15 taekvondoçusu dünya çempionatında çıxış edəcək
07 aprel 2026 - 15:50 286
Özbəkistanın paytaxtı Daşkənd şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi 15 taekvondoçu (10 oğlan və 5 qız) təmsil edəcək.
Oğlanlar arasında Rasim Xəlilov (45 kiloqram), İlyas Hətəmli ( 48 kiloqram), Novruz Əliyev (51 kiloqram), Elmir Səlimov (55 kiloqram), Məhəmməd Həsənov (59 kiloqram), Çingiz Həsənov (63 kiloqram), Həsən Əlizadə (68 kiloqram), Adil Kazımlı (73 kiloqram), İsrafil Nəcəfov (78 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram), qızlarda isə Ləman Manafova (42 kiloqram), Nilufər Borci (49 kiloqram), Gülay Əliyeva (52 kiloqram), Fatimə Həsənova (55 kiloqram) və Türkan Yuniszadə (59 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı aprelin 12-17-də keçiriləcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı