Azərbaycanın 14 boks hakimi beynəlxalq dərəcə alıb
09 aprel 2024 1285
Bakıda keçirilən boks üzrə birinci ulduz kateqoriyalı beynəlxalq hakimlik imtahanının nəticələri açıqlanıb.
“Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 azərbaycanlı ədalət təmsilçisindən 14-ü Beynəlxalq Boks Assosiasiyasından müsbət cavab alıb.
Nəticədə hakimlər Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib. Eyni vaxtda 14 referinin dərəcə alması dünya praktikasında ilklərdəndir.
Federasiyadan bildirilib ki, həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirilir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı