Azərbaycanı ilin ilk reytinq turnirində 26 güləşçi təmsil edəcək
03 fevral 2025 690
Fevralın 5-dən 9-dək Xorvatiyada ilin ilk reytinq turniri keçiriləcək.
Güləş Federasiyasından verilən məlumata görə, “Zaqreb Open” adlanan yarışda hər 3 milli komandanın ümumilikdə 26 üzvü mübarizə aparacaq.
“Zaqreb Arena”da keçiriləcək turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Arseniy Djioyev (86 kiloqram), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kiloqram) çıxış edəcəklər.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 5 qadın güləşçi – Elnurə Məmmədova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Alyona Kolesnik, Günay Qurbanova (hər ikisi 59 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) ənənəvi yarışda mübarizə aparacaqlar.
Yunan-Roma güləşi üzrə yığma reytinq turnirinə daha geniş heyətlə qatılıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev (hər ikisi 55 kiloqram), Nihat Məmmədli, Hüseyn Qəribov (hər ikisi 60 kiloqram), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kiloqram), Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi 67 kiloqram), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kiloqram), Sənan Süleymanov, Xasay Həsənli, Davud Məmmədov (hamısı 77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kiloqram), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kiloqram) Xorvatiyada uğur qazanmağa çalışacaqlar.
Yarışda I dərəcəli referi Vüqar Şükürov ədaləti qoruyacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı