Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
16 sentyabr 2025 - 15:53 820
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub.
Bakı Şəhər Halqasından verilən məlumata görə, medalların üzərində Oyunların rəsmi loqosu əks edilib.
Bu dizayn birliyi, idman ustalığını, gücü və mübarizə ruhunu simvolizə edir.
Yarışlarda ümumillikdə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə gedəcək. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı