Azərbaycanda ilk dəfə keçirilən Dağ xizəyi üzrə Beynəlxalq turnirin qalibləri mükafatlandırılıb
08 yanvar 2026 - 12:45 442
Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk gününün qalibləri müəyyənləşib.
Turnirin ilk günündə idmançılar Dağ xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar.
Yarışın nəticəsinə uyğun olaraq, gürcüstanlı idmançı Nino Thklauri 1-ci yerə, isveçli atlet Nikita Anner 2-ci yerə, özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.
Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.
Qeyd edək ki, turnir yanvarın 10-a qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı