Azərbaycanda ilk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib
06 iyul 2024 873
İlk dəfə Azərbaycan badmintonu tarixində airbadminton üzrə Federasiya Kuboku keçirilib.
Yarış qarışıq qoşa kateqoriyası üzrə açıq havada təşkil olunub. Bakı Avropa Oyunları Parkında keçirilən kubokun qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova qoşası ikinci, Teymur Abbasov-Zülfiyyə Abbasova ilə Əli Gözəlov və Fatimə Həsənzadə isə bürünc medala layiq görülüb.
5 İyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 3-4-də baş tutub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı