Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub
13 yanvar 2026 - 12:25 330
Türkiyəli alpinist Levent Koç son üç ildə dünyada ən çox zirvəyə qalxan idmançı olub.
46 yaşlı idmançı 2023-cü ildə 81, 2024-cü ildə 101, 2025-ci ildə isə 70 zirvəyə qalxaraq, ardıcıl 3 il dünya zirvə reytinqində birinciliyi qoruyub.
Levent Koç Azərbaycan zirvələrinə etdiyi ekspedisiyalarla da yadda qalıb. O, bu müddət ərzində ölkəmizdə yerləşən Şahdağ zirvəsini fəth edib. O, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Haça dağına da qalxıb. Alpinist qeyd edib ki, Gürcüstanda Kazbek, İranda Demavənd kimi yüksək dağlara da ekspedisiyalar təşkil edib.
“Azərbaycanın dağları mənim üçün çox önəmlidir. Şahdağ və Haça zirvələrinə qalxmaq mənim üçün xüsusi təcrübə oldu”, – deyə Koç bildirib.
Qeyd edək ki, Levent Koç Türkiyənin ən yüksək zirvələri olan Ağrı, Süphan və Cilo dağlarını da fəth edib. Aladağlarda isə bir ildə 80-90 zirvə qalxışı həyata keçirib. 2024-cü ildə 101 zirvə ilə şəxsi rekorduna imza atıb.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı