"Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında” kitabı çapdan çıxıb
23 iyul 2024 897
Milli Olimpiya Komitəsi tərəfindən (MOK) hazırlanan “Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında” kitabı çapdan çıxıb. Paris-2024 ərəfəsində nəşr olunan və 4 hissədən ibarət olan kitabın birinci hissəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara, olimpiyaçılara tövsiyələri ilə başlayır. Bundan əlavə, ilk hissədə Azərbaycanın tarixi, əhalisi, dili haqqında məlumatlar verilib. Kitabın ikinci hissəsində Bakı şəhəri haqqında məlumat öz əksini tapıb. Üçüncü hissə isə Azərbaycanda Olimpiya Hərəkatına və atletlərimizin Olimpiya Oyunlarındakı çıxışına həsr olunub. Kitabın son bölməsində Paris-2024-ə yollanacaq Azərbaycan idmançıları və nümayəndə heyəti haqqında məlumat yer alıb.
Kitabın üstün cəhətlərindən biri onun iki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunmasıdır.
Milli Olimpiya Komitəsi tərəfindən ilk dəfə belə bir kitab Sidney-2000 Yay Olimpiya Oyunları ərəfəsində hazırlanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı