Azərbaycan Velosiped İdmanı Federasiyası və AHİİTA arasında Memorandum imzalanıb
03 fevral 2026 - 13:08 634
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında Memorandum imzalanıb.
Bu barədə AzVİF-dən məlumat verilib.
Memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıblar.
Memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı