Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb
06 mart 2026 - 12:47 27
Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, memoranduma əsasən, tərəflər bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə ediblər.
Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin onların hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.
Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.
Bənzər xəbərlər
Azərbaycan beynəlxalq antidopinq siyasətinin formalaşmasına töhfə verməyə davam edir
Azərbaycan nümayəndə heyəti martın 3-dən 5-dək Fransanın Strasburq şəhərində keçirilən ... Ətraflı
Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub
Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının ... Ətraflı