Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
19 mart 2025 420
İsveçrənin Lozanna şəhərində Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib. Sənədi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Polşa Milli Antidopinq Agentliyinin rəhbəri Mixal Rinkovski imzalayıblar.
Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
Bundan əlavə, Memorandum çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı