Azərbaycan triatlonçuları Özbəkistanda uğurlu nəticə göstəriblər
25 may 2025 537
Azərbaycan triatlonçuları Özbəkistan Açıq çempionatında uğurlu nəticə göstəriblər.
Triatlon federasiyasının mətbuat xidmətinə istinadən, Əli Rzazadə, 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq birinci yerin sahibi olub.
Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova 13 qadın idmançı arasında ikinci yeri tutaraq fəxri kürsüyə qalxıb.
Tural Atakişiyev isə "Age Group" (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı