Azərbaycan Triatlon Federasiyasında yeni baş məşqçinin təqdimatı və illik hesabat tədbiri keçirilib
13 aprel 2025 576
Azərbaycan Triatlon Federasiyasında (ATF) yeni baş məşqçinin təqdimatı və son iki ilin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
ATF-nin mətbuat xidmətindən verilən məlumata görə, federasiya prezidenti Fərid Fərhadzadə bildirib ki, regionlarda yaradılan müasir idman infrastrukturu və dövlətin idmana dəstəyi triatlonun inkişafı üçün mühüm imkanlar açır.
Sonra triatlon üzrə milli komandanın yeni baş məşqçisi təqdim olunub. Yeni baş məşqçi Aleksandr Mordasov hazırlıq prosesi, kadr potensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrin artırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.
Daha sonra federasiyanın baş katibi Seymur Hüseynov son iki ilin fəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli və beynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanın planları yer alıb.
Sonda vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri çıxış edərək, gələcək hədəflər və triatlonun inkişafı ilə bağlı tövsiyələrini paylaşıblar.
Tədbir fikir mübadiləsi və birgə əməkdaşlıq çağırışları ilə yekunlaşıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı