Azərbaycan taekvondoçuları Niderlanddakı turnirin ikinci günündə 16 medal qazanıblar
10 mart 2025 587
Azərbaycanın yeniyetmə taekvondoçuları Eyndhoven şəhərində keçirilən 52-ci Niderland açıq çempionatının ikinci günündə 16 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, bunlardan 5-i qızıl, 5-i gümüş, 6-sı isə bürünc mükafatdır.
Sabir Məmmədli (33 kiloqram), Rüqəyya Əliyeva (33 kiloqram), Nicat Nadirov (41 kiloqram), Yusif Nağızadə (57 kiloqram) və Rəsul Cavadzadə (61 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elmira Bayrak (41 kiloqram), Musa Süleymanlı (37 kiloqram), Əbil Mehralı (45 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Gülnaz Abdullayeva (59 kiloqram) ikinci, Mədinə Aslanlı (29 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Kənan Bayramlı (37 kiloqram), Cavidan Heydərzadə (41 kiloqram), Akif Əliyev (45 kiloqram) və Saleh Heydərov (53 kiloqram) isə üçüncü yeri tutublar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı