Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib
15 mart 2026 - 11:49 304
Martın 14-də “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Fərhad Əliyev çıxış edərək 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edib.
Daha sonra “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması yolu ilə federasiyanın yenidən təşkili məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. Həmçinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüqar Əhmədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Vüqar Əhmədov çıxış edərək, federasiyaların birləşdirilməsi nəticəsində daha böyük və vahid idman qurumunun formalaşdığını vurğulayıb.
Səsvermənin nəticələrinə əsasən, Kamil Hüseynov, Fərid Əmirov və Namiq Orucov federasiyanın vitse-prezidentləri, Fərhad Əliyev isə icraçı vitse-prezident seçilib. Rəhman Xanlarov və Burcu Algon Giorgianni İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Arif Ləzimzadə sədr, Vüsal Qurbanov və Elvin Heydərov isə üzv seçiliblər.
Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni seçilmiş rəhbərliyini təbrik edib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı