Azərbaycan stolüstü tennisçisi İsveçdə təlim-məşq toplanışına qatılacaq
01 iyun 2025 494
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.
O.Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.
"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.
O.Quluzadə bundan sonra Helsinqborq və Norveçin Sandefyord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı