Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə 2 medal qazanıblar
18 noyabr 2024 658
Azərbaycan qılıncoynadanları Türkiyənin Konya şəhərində keçirilən şpaqa növü üzrə gənclərin açıq turnirində qızıl və bürünc medal qazanıblar.
Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların şəxsi mübarizəsində mükafatçılar sırasında yer alıb. Yarımfinala kimi irəliləyən şpaqaçı finalın bir addımlığında uduzaraq, bürünc medala layiq görülüb.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı