Azərbaycan Paris-2024-də növbəti medalını təmin etdi
01 avqust 2024 962
Cüdo üzrə yığma komandamızın üzvü Zelim Kotoyev Paris-2024 Yay Olimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanıb.
-100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb.
Dünya çempionumuz bu görüşdən də qalib ayrılaraq finala vəsiqə əldə edib. Bununla da Azərbaycan komandası Paris-2024-də ikinci medalını təmin edib.
Finalda cüdoçumuzun rəqibi gürcüstanlı İlia Sulamanidze olacaq. O, bu mərhələyə çıxmaq üçün Daniel Eixə ipponla qalib gələrək, mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Zelim Kotoyev Pyotr Kuçera (Polşa) və Peter Palçikə (İsrail) qalib gələrək yarımfinala vəsiqə qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı





