Azərbaycan paracüdoçuları Gimnaziadada 8 medal qazanıblar
26 oktyabr 2024 799
Azərbaycan paracüdoçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 8 medalla başa vurublar.
Tahir Əlizadə (60 kiloqram), Hüseyn İsmayılzadə (73 kiloqram) və İlahə Əzizzadə (+57 kiloqram) qızıl, Ömər Qurbanov (60 kiloqram), Elxan Nəbizadə (73 kiloqram), İlham Əzizzadə (+73 kiloqram) ilə Elnarə Nizamlı (57 kiloqram) gümüş, Nurlana Məmmədova (+57 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı