Azərbaycan millisinin həndbolçusu beynəlxalq turnirin bombardiri olub
03 dekabr 2025 - 12:03 428
Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində fərqlənib.
“Qarabağ” klubunun həndbolçusu yarışın ən sərrast oyunçusu seçilib.
Yığmanın heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı matçlarda meydana çıxan gənc həndbolçu rəqib qapılarından ümumilikdə 35 top keçirib.
Bununla bağlı millimizin üzvünə turnirin xüsusi mükafatı təqdim edilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı