Azərbaycan Milli Olimpiya Komitəsinin iclası keçirilib
21 fevral 2025 748
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib.
İclasda MOK-un yaxın günlərdə həyata keçirəcəyi layihələr, görüləcək işlər, Olimpiya Oyunlarına hazırlıq, müvafiq idarə və şöbələrin qarşılıqlı əlaqələri və.s məsələlər müzakirə olunub. İclasda müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və lazımi komissiyaların yaradılması ilə bağlı qərar qəbul olunub.
Qeyd edilib ki, qarşıdan gələn Avropa Gənclər Olimpiya Festivalına, İslam Həmrəyliyi, Yay və Qış Olimpiya Oyunlarına, xüsusilə Los-Anceles Olimpiadasına yüksək səviyyədə hazırlıq diqqət mərkəzində saxlanılmalıdır.
İclasda MOK-un kommunikasiya və informasiya sahəsindəki fəaliyyətinə də xüsusi diqqət göstərilərək MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən müvafiq tapşırıqlar verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı

