Azərbaycan komandasının VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindəki bayraqdarları müəyyənləşdi
07 noyabr 2025 - 12:45 628
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Olympic.az saytı xəbər verir ki, bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar.
Dadaş Dadaşbəyli (109 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında üç qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda üç gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə bir gümüş medal qazanıb.
Voleybolçu Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 20 idman növündə 169 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı