Azərbaycan komandası Skopye-2025-də üçüncü qızıl medalını qazandı
22 iyul 2025 - 20:35 449
Azərbaycan cüdoçusu Rəsul Əlizadə (-55 kq) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında komandamıza növbəti qızıl medalı qazandırıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Avropa çempionumuz 1/4 finalda Tomas Hidonu, yarımfinalda isə isveçrəli Silvano Korini məğlub edərək finala çıxıb. Həlledici görüşdə xorvatiyalı Kristian Butuçini də məğlub edən cüdoçumuz komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Xatırladaq ki, daha əvvəl Rza Xəlilli (-50 kq) və Gülşən Hüseynova (-44 kq) qızıl medala sahib çıxmışdılar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
