Azərbaycan komandası qarüstü polo üzrə Dünya Kubokuna qələbə ilə başlayıb
16 yanvar 2026 - 17:40 473
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlayıblar.
Azərbaycan yarışda “Land of Fire” komandası ilə təmsil olunur.
Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımız ilk qarşılaşmada “Bentley” komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 7:4 hesablı qələbəsi ilə bitib.
Qarüstü polo üzrə Dünya Kubokuna yanvarın 18-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı