Azərbaycan karateçisi beynəlxalq multiidman turnirində qızıl medal qazanıb
14 iyun 2024 1092
Azərbaycan karateçisi Mədinə Sadıqova Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində qızıl medal qazanıb.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Azərbaycan idmançıları günü 1 qızıl, 2 bürünc mükafatla başa vurublar.
Daha əvvəl samboçu Rəsul Aydəmirov (98 kiloqram) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.
Qeyd edək ki, multiidman yarışları iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı