Azərbaycan III Türk Dövlətləri Universiadasında birinci olub
12 sentyabr 2025 - 15:22 554
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı (Azərbaycan 55 idmançı, Qazaxıstan 91, Qırğızıstan 91, Özbəkistan 91 və Türkiyə 91) mübarizə aparıb.
Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb. Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci yer, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci yer, cüdo və şahmatda isə üçüncü yer əldə olunub. Beləliklə, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı