Azərbaycan idmançılarının reytinqi: İlk üç pillədə güləşçilər yer alıblar
02 oktyabr 2025 - 10:50 513
Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən bildiriblər ki, siyahının ilk üç pilləsində güləşçilər yer alıblar. Yunan-Roma güləşçiləri Ülvü Qənizadə və Həsrət Cəfərov, eləcə də sərbəst güləşçi Giorgi Meşvildişvili hərəyə 400 xalla liderliyi bölüşürlər.
İlk "onluq"da, həmçinin Osman Nurmaqomedov (sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330), Zelim Kotsoyev (cüdo, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320), Elcan Hacıyev (cüdo, 310), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250) və Arseni Cioyev (sərbəst güləş, 240) qərarlaşıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı