Xəbərlər

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

26 iyun 2024 117

İyunun 26-27-də Rusiya Federasiyasının Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunları çərçivəsində sambo üzrə yarışlar keçirilir. 

 

Azərbaycanı sambo üzrə idmançılarımız Yusif Hüseynov (49 kq), İbrahim Talıbov (53 kq), Raul Xəlilov (64 kq) və Səccad Cabarlı (79 kq) təmsil edirlər.

 

İyunun 26-da dörddəbir final mərhələsində 53 kiloqram çəki dərəcəsində yarışan İbrahim Talıbov qazaxıstanlı rəqibi Ontalap Saqındıqa qalib gəlib. Yarımfinalda idmançımız yerli samboçu İvan Lapuşkina məğlub olub. O, bürünc medal uğrunda mübarizədə digər yerli idmançı Viktor Valova qalib gələrək bürünc medala sahib olub. 

 

Eyni mərhələdən mübarizəyə qatılan 64 kiloqramda Rauf Xəlilov isə ilk görüşdə Qazaxıstanı təmsil edən Rasim Bazarbaya uduzub. O, təsəlliverici yarışda qırğızıstanlı Arsen Şamşibekovu məğlub edərək bürünc medal uğrunda mübarizəsini davam etdirib. Təmsilçimiz sonda özbəkistanlı Davlatjon Kazımova uduzaraq turniri mükafatsız başa vurub. 

 

Qeyd edək ki, iyunun 27-də yarışlarda 49 və 79 kiloqram çəki dərəcələrində idmançılarımız mübarizə aparacaq.