Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
24 noyabr 2024 1023
Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbçilər arasında kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 12 medal qazanıblar.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı