Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar
22 iyun 2024 1408
Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarına yekun vurulub.
Azərbaycan boksçularından Seyid Seyidov (86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və Vətən Hüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.
Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.
İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı