Azərbaycan hakimi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir
25 iyul 2025 - 16:00 560
Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarda ölkəmizi təkcə idmançılar deyil, həm də hakimlərimiz təmsil edirlər.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, taekvondo yarışlarında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da ədaləti qoruyur.
Təcrübəli hakimimizin idarə etdiyi görüşlər peşəkarlıqla seçilir və turnirin təşkilati səviyyəsinə töhfə verir.
Qeyd edək ki, Aygül Abdullayeva artıq bir neçə beynəlxalq yarışda Azərbaycanı hakim qismində təmsil edib. Skopye-2025 kimi mötəbər festivalda iştirak isə onun fəaliyyətinin növbəti uğurlu mərhələsidir.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı



