Azərbaycan güllə atıcıları beynəlxalq turnirdə qızıl medal qazanıblar
24 mart 2024 883
Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində qızıl medal qazanıblar.
Gənclərdən ibarət qarışıq komanda şəklində çıxış edən idmançılarımız 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında fəxri kürsüyə qalxıblar.
Yarışa bu gün yekun vurulacaq.